32 il birlikdə (FOTO)

32 il birlikdə (FOTO)
17:01 22 Yanvar 2015
929 Digər
Ölkə mətbuatı
A- A+

"32 il birlikdə". ANS PRESS-in məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın sosial şəbəkədə fotosu bu adla yayılıb.

Fotonu dövlət başçısının kiçik qızı Arzu Əliyeva "İnstagram" səhifəsində yerləşdirib.

Şəkildə prezident birinci xanımla rəqs edərkən əks edilib.

Mehriban Əliyeva 1964-cü il 26 avqustda Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Arif Paşayev fizika-riyaziyyat elmləri doktoru və Bakıdakı Milli Aviasiya Akademiyasının rektorudur. Anası Aida İmanquliyeva görkəmli filoloq və ərəbşünas olub.

1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

Xatırladaq ki, İlham Əliyev və Mehriban Əliyeva 1983-cü ildə ailə həyatı qurub. Onların Leyla, Arzu və Heydər adlı üç övladı, Əli, Mikayıl və Aydın adlı nəvələri var.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR