Prokuror Seymur Həziyevə 6 il cəza istədi

Prokuror Seymur Həziyevə 6 il cəza istədi
17:08 22 Yanvar 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Anar Əliyev/

Bu gün Abşeron Rayon Məhkəməsində həbsdə olan jurnalist Seymur Həziyevin və Məhərrəm Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, prosesdə prokuror ittiham nitqi ilə çıxış edib. Prokuror Seymur Həziyevin 6 il, Məhərrəm Həsənovun 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə iclası yanvarın 27-də davam etdirilcək.

Abşeron rayon Polis Şöbəsi və Abşeron rayon Prokurorluğunun birgə yaydığı məlumata görə, avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Seymur Həziyevlə Bakı şəhər sakini Məhərrəm Həsənov arasında yaranmış mübahisə zamanı xuliqanlıq hərəkətlərinə yol verilməsi faktı ilə bağlı Abşeron rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb və S. Həziyev Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Aparılmış istintaqla həmçinin M. Həsənovun aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə, S. Həziyevi söyərək yumruqla vurub sonuncuya bədən xəsarətləri yetirməsində əsaslı şübhələr müəyyən edildiyindən o, sentyabrın 3-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
M. Həsənova Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR