Gülay geyimlərini satışa çıxardı

Gülay geyimlərini satışa çıxardı
17:11 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Müğənni Gülay Zeynallı istifadə etmədiyi bəzi geyimlərini İnstaqram vasitəsilə satışa çıxarıb.

Axşam.az-ın məlumatına görə, ifaçı əldə edəcəyi gəliri xeyriyyə məqsədilə xərcləyəcəyini bildirib:

"Gülayın geyimlərinin satışı" adlı səhifə artıq bir neçə gündür ki, İnstaqramda fəaliyyət göstərir. Bu səhifə köməkçim tərəfindən idarə olunur. Çoxları sual verir ki, nə üçün bu addımı atmışam. Bəlkə kiməsə qəribə gələ bilər, mən sırf xeyirxahlıq naminə bunu etdim. Geyimlərin satışından əldə olunacaq gəliri birbaşa ehtiyacı olan insanlar üçün xərcləyəcəm. Onsuz da mütəmadi olaraq həyat yoldaşım Kamil Zeynallı ilə birlikdə qocalar evinə, qayğıya ehtiyacı olan uşaqların yaşadıqları internat məktəblərinə baş çəkirik. Mən demirəm ki, Azərbaycanda sırf bir ilkə imza atdım deyə libaslarımı satışa çıxardım”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR