Ədliyyə naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edib

17:13 22 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+


Kürdəmir, 22 yanvar, Adil Ağayev, AzərTAc 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları Ədliyyə Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bu məqsədlə vətəndaşların bölgələrdə qəbulu davam etdirilir.
AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 22-də ədliyyə naziri Fikrət Məmmədov Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Ucar, Zərdab və Ağsu rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Vətəndaşların rahatlığının təmin olunması məqsədilə nazirliyin elektron xidmətlər portalı vasitəsilə qəbula qabaqcadan birbaşa yazılmaq imkanı yaradılıb.
Gün ərzində aparılmış qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlərlə əlaqədar hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, araşdırılmasına ehtiyac olan bir sıra müraciətlərlə bağlı isə nazirliyin qəbulda iştirak edən müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR