Biologiya Problemləri üzrə elmi şuranın ilk iclası keçirilib

17:18 22 Yanvar 2015
179 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun laboratoriya korpusunda Biologiya Problemləri üzrə elmi şuranın yeni tərkibdə ilk iclası keçirilib.
AMEA-dan AzərTAc-a bildiriblər ki, iclası elmi şura sədrinin müavini, akademik İradə Hüseynova açaraq respublikada elmi-təşkilati fəaliyyətin əlaqələndirilməsi, elmin inkişafının təşkili və təmini ilə bağlı işləri həyata keçirən əlaqələndirmə şurası və Biologiya Problemləri üzrə elmi şura haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, əlaqələndirmə şurası və elmin müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən problem şuraları Azərbaycan elminin daha da inkişaf etdirilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməsində aparıcı rol oynamalı və elmi potensialı səfərbər etməlidir.
İ.Hüseynova hazırda problem şuralarının qarşısında mühüm vəzifələrin dayandığını söyləyib. Bildirilib ki, ilk növbədə fundamental və tətbiqi elmi tədqiqatların prioritet istiqamətləri və mövzuları müəyyənləşdirilməli, bu istiqamətlər üzrə tədqiqatların aparılması təmin edilməli, elmi-tədqiqat və ali təhsil müəssisələri tərəfindən elmi-tədqiqat işlərinin planlarının hazırlanmasına, prioritet problemlərin və mövzuların elmi-tədqiqat işlərinin planlarında nəzərə alınmasına diqqət yetirilməlidir. Həmçinin, respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələrində elmi-tədqiqatlar əlaqələndirilməli, təkrarçılıq aradan qaldırılmalı, kompleks tədqiqatların aparılması təşkil edilməli, fundamental və tətbiqi elmi-tədqiqatlar üzrə dövlət proqramlarının hazırlanmasında və yerinə yetirilməsində müxtəlif elmi-tədqiqat və ali təhsil müəssisələri ilə AMEA-nın elmi qurumları birgə fəaliyyəti daha da gücləndirilməlidir.
İ.Hüseynova akademik Cəlal Əliyevin sədri olduğu Biologiya Problemləri üzrə elmi şuranın yeni tərkibi və şuranın nəzdində yenidən təşkil olunmuş Fiziki-Kimyəvi Biologiya, Botanika, Fiziologiya, Zoologiya və Biomüxtəliflik seksiyaları, onların rəhbərləri və üzvləri barədə də məlumat verib. Biologiya Problemləri üzrə elmi şuranın yeni tərkibinin 25 nəfərdən ibarət olduğunu söyləyən alim bu qurumda respublikada elmi-tədqiqat və ali təhsil müəssisələrində çalışan aparıcı mütəxəssislərin təmsil olunduğunu bildirib.
Müzakirələrdə AMEA-nın müxbir üzvləri İbrahim Əzizov, Pənah Muradov, Maqsud Qurbanov, Validə Əlizadə, İlham Ələkbərov, professorlar Səyyarə İbadullayeva, Xudaverdi Qəmbərov, Səftər Süleymanov, Ədalət Fərəcov və başqaları çıxış edərək fikir və təkliflərini bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Biologiya_Problemleri_uzre_elmi_suranin_ilk_iclasi_kechirilib-826774

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR