Azərbaycanda bu xəstəliklər artıb - DİQQƏT!

Azərbaycanda bu xəstəliklər artıb - DİQQƏT!
17:19 22 Yanvar 2015
290 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib. Lent.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi hesabat yayıb.

2013-cü illə müqayisədə ölkədə bakterial dizenteriya ilə xəstələnmə halları 50 faiz, pedikulyoz ilə 59,1 faiz, qoturluq ilə 26,1 faiz, viruslu hepatit ilə  18,8 faiz, epidemik parotit ilə isə 8 dəfə azalıb.

Məlumatda o da qeyd olunur ki, kəskin poliomielit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, qızılca, göy öskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.

Bununla yanaşı, tetanus, suçiçəyi, brusellyoz, skarlatina ilə xəstələnənlərin sayı bir qədər artıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191155

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR