Prosineçki futbolçularımızdan danışdı

Prosineçki futbolçularımızdan danışdı
17:26 22 Yanvar 2015
169 İdman
Ölkə mətbuatı
A- A+

“Milliyə çağırılacaq futbolçunun yaşı önəmli deyil”

ANS PRESS-in məlumatına görə, bunu Antalyada təlim-məşq toplanışında olan Azərbaycan klublarının məşq prosesini və yoxlama oyunlarını izləyən Azərbaycan milli komandasının baş məqşçisi Robert Prosineçki affa.az saytına açıqlamasında deyib.

O bildirib ki, burada olduğum müddətdə xeyli məlumat əldə etmişəm: "Antalyada hazırlıq keçən klublarımızın hamısının məşqlərini və oyunlarını izləmişəm. Təbii ki, fasilədən sonra komandalar heç də ideal formada olmurlar. Tədricən onlar formalarını bərpa edəcəklər. Hələ ki gördüklərimdən razıyam. Oyunçular məşqlərdə və oyunlarda həvəslə çalışırlar. Oyunlarda əllərindən gələnin ən yaxşısını etməyə cəhd edirlər. Burada gördüklərim millinin oyun keyfiyyətini artıra biləcəyimizə zəmin yaradır".

Millinin baş məşqçisi qeyd edib ki, Azərbaycandan kənarda çıxış edən bəzi futbolçuların oyunlarını canlı izləməsəm də, əksəriyyəti haqda məlumatım var: "Kimin nəyə qadir olduğunu bilirəm. Çünki lazım olan bütün məlumatlar əlimdədir. Bir məsələyə də toxunum. Milliyə dəvət edəcəyim futbolçunun yaşı önəmli deyil. Həm gənclərə, həm də təcrübəlilərə özünü göstərmək şansı verəcəyəm. Əsas futbolçunun yaşı yox, hansı formada olmasıdır. Oyunları tək mən yox, köməkçilərim də izləyirlər. Çünki mənim hər oyuna getməyim qeyri-mümkündür. Buna zamanım yetməz.
Millinin toplanışı ərzində keçirəcəyimiz yoldaşlıq oyunu ilə bağlı rəqib axtarışı davam edir. Bildiyiniz kimi, oyunumuz FIFA-nın rəsmi yoldaşlıq oyunları gününə təsadüf etmir. Buna görə də rəqib tapmaq bir qədər çətindir. Amma rəqib tapıb yoldaşlıq oyunu keçirəcəyik".
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=321225

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR