Mafiya başçısının dəfnində izdiham (VİDEO)

Mafiya başçısının dəfnində izdiham (VİDEO)
11:11 26 Dekabr 2014
156 Digər
Ölkə mətbuatı
A- A+

İstanbulda mafiya liderlərindən biri olan Vedat Şahinin cənazəsi böyük diqqət çəkib.

ANS PRESS-in məlumatına görə, İstanbulda cinayət qruplaşması rəhbəri və mafiya lideri kimi tanınan Sədat Şahinin qardaşı olan Vefdat Şahinin cənazəsində yüzlərlə insan toplaşıb.

Mafiya liderinin cənazəsi xüsusi bir təyyarə ilə Samsuna gətirilib. Cənazə yüzlərlə avtomobilin müşayəti ilə Vedat Şahinin Bafradakı atası evinə aparılıb.

Bəzi yollarda yol polisi və jandarmaların nəzarət tədbirləri aparması diqqətlərdən qaçmayıb.

Qeyd edək ki, ötən gün İstanbulda mafiya liderləri arasında qanlı döyüş baş verib. İstanbulun Nişantaşı bölgəsində məşhur mafiya liderlərindən birinin qardaşı ilə yaxın dostu öldürülüb, bir nəfər isə ağır yaralanıb.

İstanbulda cinayət qruplaşması rəhbəri və mafiya lideri kimi tanınan Sədat Şahinin qardaşı və dostu Fərdi Topal Nişantaşında evdən çıxarkən uzaqda dayanmış avtomobilllərdən birinin içərisindən “Kalaşnikov” avtomatla açılan atəş nəticəsində ölüb.

Hadisə baş verən bölgəyə çox sayda polis qrupu cəlb edilib və həmin küçədə bir müddət nəqliyyatın hərəkəti dayandırılıb.

Şahin qardaşları gecə həyatına nəzarət edirdilər. Onlar istədikləri sənətçini barda səhnəyə çıxardar, istədiyini də səhnədən uzaqlaşdırırdılar. Bundan başqa onların dövlət adamları ilə də yaxın olduqları vurğulanır.


Vedat Şahin'in Cenazesi Konvoyla Babaevine... by haberler





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR