Avropada konfet qalmaqalı: Məşhur qənnadı şirkəti irqçilikdə ittiham edildi

Avropada konfet qalmaqalı: Məşhur qənnadı şirkəti irqçilikdə ittiham edildi
17:27 22 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Almaniyanın “Haribo” qənnadı şirkətinin Skandinaviya filialı qara biyandan hazırlanmış insan üzü şəklində konfetlərini satışdan çıxarmaq məcburiyyətində qalıb.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, buna şirkətin irqçilikdə ittiham edilməsi səbəb olub.

Şirkətin İsveç filialının nümayəndəsi deyib: "Biz həmin konfetlərdə irqçiliklə bağlı heç nə görmürük və şübhəsiz ki, onları istehsal etməklə heç kimi təhqir etmək niyyətində deyilik. Buna baxmayaraq, müştərilərimizi qıcıqlandırmamaqdan ötrü həmin məhsulları satışdan çıxarmağı qərara aldıq”.

Dünyanın bir çox KİV-ində dərc edilmiş konfetlərin şəkillərinə əsasən, hər halda “Haribo”nun bu məhsulu, həqiqətən, qəribə görünür. Qara biyan konfetləri yastı burunlu və iri qulaqları olan insan siması formasında hazırlanıb.

Danimarkalı Saam Kapadia “Twitter”də yazır: "Bu konfetlər mənə Danimarkanın müstəmləkəçi keçmişini xatırladır. Ölkəmin hər bir supermarketində "yeməli qara adamcığazlar"ın satıldığı halda hansı multikulturalizmdən söhbət gedə bilər?". Sosial şəbəkənin yüzlərlə istifadəçisi onun bu fikrinə qoşulub.

Bu, son illər ərzində skandinaviyalıların cəlb olunduqları birinci belə qalmaqal deyil. 2013-cü ildə İsveçin “Ahlens” ərzaq mağazaları şəbəkəsinin nümayəndələri öz müştərilərinə afroamerikalıların parlaq rənglənmiş dodaqlarla eşikağası formasında təsvir edildikləri kataloqlar göndərmişdilər. İctimaiyyətin buna hiddətli reaksiyasından sonra “Ahlens”in yenilənmiş bukletləri qalmaqallı şəkillərsiz çıxdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR