Səidə Sultan sevgilisindən danışdı

Səidə Sultan sevgilisindən danışdı
17:31 22 Yanvar 2015
219 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Səidə Sultan xəyalındakı ağ atlı şahzadəsinə qovuşduğunu deyib. 

Axşam.az-ın məlumatına görə, “Xəzər” telekanalında yayımlanan “Yeri gəlmişkən” verilişinə açıqlama verən sənətçi çox xoşbəxt olduğunu bildirib:

“31 yaşım var. Ailə qurmağın zamanıdır. Bu, gec-tez olmalıdır. Sadəcə səbr, vaxt tələb edir. Amma heç vaxt ailə qurmaq haqda fikirləşməmişəm, mənə qeyri-adi gəlib. Sevdiyim oğlan var. Hər zaman fikirləşdiyim, xəyalımdakı adamdır. O, mənim ağ atlı şahzadəmdir. Hər zaman demişdim ki, kişi kimi iri olsun. Şükür ki, beləsi ilə rastlaşmışam. Çox kövrək biriyəm. Xətrimə dəyən olanda oturub uşaq kimi ağlayıram. Çalışır məni incitməsin. Əvvəlcə “palatkada” qız toyum olsun istəyirəm. Xalçaya pambıqla “Xoşbəxt ol” yazılsın. Küftə-bozbaş bişirilsin. Xəyalımda nağıllardakı kimi bir gəlinlik var. Onu da tikdirəcəm”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25429

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR