Azərbaycanda tetanus, suçiçəyi, brusellyoz, skarlatina ilə xəstələnənlərin sayı artıb

17:32 22 Yanvar 2015
194 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 17:29 ]


Bakı. Könül Kamilqızı – APA Azərbaycanda ötən il tetanus, suçiçəyi, brusellyoz, skarlatina ilə xəstələnənlərin sayı bir qədər artıb.

 

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib. Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ölkədə bakterial dizenteriya ilə - 50,0 faiz, pedikulyoz ilə - 59,1 faiz, qoturluq ilə - 26,1 faiz, viruslu hepatit ilə xəstələnmə halları 18,8 faiz, epidemik parotit ilə xəstələnmə halları isə 8 dəfə azalıb. Kəskin poliomielit, tulyaremiya, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yeni doğulmuşlarda tetanus, qızılca, göy öskürək və malyariya xəstəlikləri qeydə alınmayıb.

 

2015-ci ilin əvvəlinə ölkədə 32,9 min həkim və 57,9 min orta tibb işçisinin çalışdığı 567 xəstəxana və 1763 ambulatoriya-poliklinika müəssisəsi fəaliyyət göstərir və əhalinin hər 10 min 35 həkim və 61 orta tibb işçisi düşür.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370024

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR