Ermənistanda məhkəmə hakimi həbs edilib

11:17 26 Dekabr 2014
59 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 11:12 ]

Bakı. Rüfət Əhmədzadə - APA. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) əməkdaşlarından ibarət bir qrup Lori vilayətinin birinci instansiya məhkəməsinin hakimi Xaçatur Xaçatryanı zorla həbs edib.

 

APA-nın “Aykakan Jamanak”a istinadən xəbərinə görə, xüsusi xidmət əməkdaşları hakimin iş otağında axtarış aparıblar.

 

Qeyri-rəsmi məlumata görə, onların bu hərəkəti “Zosekar” şirkətinin bankrot elan olduğu məhkəmə işi ilə bağlıdır ki, burada bir neçə min dollarlıq maxinasiyadan söz gedir. Xaçatryanın İrəvana aparıldığı və Ermənistan MTX-nin mərkəzi korpusunda saxlanıldığı qeyd olunur. Qohumları hakimi vəkillə təmin etməyə çalışsalar da, buna imkan yaradılmayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR