Könül Kərimovanı kədərləndirən anlar - video

Könül Kərimovanı kədərləndirən anlar - video
17:36 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Space” kanalında yayımlanan “Günaydın” verilişində duyğusal anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, proqramın qonaqlarından olan müğənni Könül Kərimova daxilən tənha qadın olduğunu etiraf edib:

“Əslində mənə heç vaxt heç nəyi qadağa qoymayıblar. Çox şey öz xarakterimdən asılıdır. Hərdən deyirlər bir az özünü düşün. Ancaq bu necə ola bilər? Mən tək deyiləm, axı. Evdə hamı rahat olanda mən də rahatlanıram. Baxırsan ki, ətraf dolu insandır. Nə qədər səni sevən, alqışlayan var. Amma elə bil, bir adadasan və orada səndən başqa heç kim yoxdur. Təksən...”.

Qeyd edək ki, “Günaydın” həftə içi hər gün saat 14:20-də yayımlanır.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR