“Azəryolservis” ASC-nin yeni loqotipi

“Azəryolservis”  ASC-nin yeni loqotipi
11:23 26 Dekabr 2014
62 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

“Azəryolservis” ASC dəyişmək qərarına gəlib. Bu barədə Trend-ə ASC-dən məlumat verilib.

Loqotip avtomobil yolu üzərində qurulub. Yeni loqotipdə Azərbaycanın dövlət bayrağının rəngləri əksini tapıb. Loqotipin müəllifi Avropada fəaliyyət göstərən Azərbaycanın ən talantlı dizayneri Samir Sadıqovdur.

Qeyd edək ki, yol təsərrüfatı orqanı 5 avqust 1998-ci ildə Nəqliyyat Nazirliyi təsis edildikdən sonra 23 iyun 2003-cü ildə “Yolnəqliyyatservis” Departamenti, sonradan ölkə başçısı cənab İlham Əliyevin 22 fevral 2007-ci il tarixli sərəncamı ilə təşkilatı-hüquqi forması dəyişdirilərək “Azəryolservis” ASC-in yardılması ölkənin yol infrastrukturunun təkmilləşdirilməsi, müasir standartlara uyğun yenidənqurulması istiqamətində mühüm addım olub.

Bu dövr ərzində ölkə başçısı cənab İlham Əliyevin dəstəyi, diqqət və qayğısı sayəsində ölkənin yol təsərrüfatında zəruri islahatlar, əsaslı yeniləşmələr aparılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR