Yevlaxda iki avtomobil toqquşub

Yevlaxda iki avtomobil toqquşub
17:57 22 Yanvar 2015
142 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün saat 11:30 radələrində Xaldan-Mingəçevir yolunun 8-ci kilometrliyində, Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, Şəki rayon sakini Mehman Əvvəl oğlu Sadıqovun idarə etdiyi “QAZ 2752” markalı avtomobillə onun həmyerlisi, Xəyyam Qəyyum oğlu Quliyevin idarə etdiyi “Ford Tranzit” markalı avtomobil toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, hər iki avtomobillərə ziyan dəyib. İlkin ehtimala görə, qəzaya “Ford Tranzit”-in “QAZ 2752”-nin hərəkət zolağına çıxması səbəb olub. Faktla bağlı araşdırma davam etdirilir.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320442.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR