Prezident İlham Əliyev: Bütün münaqişələrə vahid beynəlxalq hüquqi normalar tətbiq edilməlidir

Prezident İlham Əliyev: Bütün münaqişələrə vahid beynəlxalq hüquqi normalar tətbiq edilməlidir
17:58 22 Yanvar 2015
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Azərbaycan 20 ildən artıqdır ki, erməni işğalından əziyyət çəkir və danışıqlar prosesi nəticəsiz qalır. Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda bəyan edib.

Prezidentin sözlərinə görə, postsovet məkanındakı, eləcə də ümumilikdə bütün dünyadakı münaqişələrə vahid yanaşma olmalıdır, eyni beynəlxalq hüquqi normalar tətbiq edilməlidir.

Dövlət başçısı qeyd edib ki, hansısa münaqişə həll olunmadıqda və həlli yubanan münaqişəyə çevrildikdə, başqa münaqişə doğurur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2356123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR