Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin vətəndaşlarla görüşündə qaldırılan bəzi məsələlər yerindəcə həllini tapıb

18:03 22 Yanvar 2015
219 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov qurumun Quba rayon şöbəsinin inzibati binasında Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinlərini qəbul edib.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, vətəndaşların müraciətləri daha çox müddətli həqiqi hərbi xidmətə çağırılan övladlarının ailə vəziyyətləri ilə əlaqədar olaraq yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələri, qurumun müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, veteran adı və vəsiqəsinin verilməsi məsələlərində köməklik göstərilməsinə dair olub.
Qəbulda qaldırılan bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib. Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə baxılmasından ötrü müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Seferberlik_ve_Herbi_Xidmete_CHagiris_uzre_Dovlet_Xidmeti_reisinin_vetendaslarla_gorusunde_qaldirilan_bezi_meseleler_yerindece_hellini_tapib-826790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR