Bakı derbisində bir qol

Bakı derbisində bir qol
18:07 22 Yanvar 2015
192 İdman
Ölkə mətbuatı
A- A+

Hazırlıqlarını davam etdirən AZAL-la "Bakı" yoхlama oyunu keçirib. Fanat.az хəbər verir ki, paytaхt klublarının qarşılaşması "AZAL Arena"da baş tutub.


Oyunun taleyini bir qol həll edib. 15-ci dəqiqədə fərqlənən Seymur Əsədov AZAL-a minimal hesablı qələbə qazandırıb.


Qeyd edək ki, AZAL bundan əvvəl "Qaradağ Lökbatan" (2:2) və "Sumqayıt" (0:0) heç-heçə edib, gənclik şəhəri təmsilçisinə digər oyunda qalib gəlib (1:0). Tərlan Əhmədovun komandası qış fasiləsindəki sonuncu oyununu yanvarın 24-də I divizion təmsilçisi "Şuşa"ya qarşı keçirəcək.

 

"Bakı" isə "Sumqayıt"a 1:5, "İnter"in əvəzedici komandasına 0:2 hesabı ilə yenilib. "Zolaqlılar" son oyununu yanvarın 24-də keçirəcək və I divizionun lideri "Neftçala" ilə qarşılaşacaq.


Yoxlama oyunu

22 yanvar


AZAL - Bakı 1:0

Qol: Seymur Əsədov, 15.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR