Bakı, 22 yanvar, Səxavət Quliyev, AzərTAc
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandası Çağırış kuboku yarışlarının səkkizdəbir final mərhələsinin cavab oyunları çərçivəsində növbəti oyununa çıxıb.
AzərTAc xəbər verir ki, Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Norveçin “Stod Volley” komandası ilə qarşılaşır.
Oyunun baş hakimi rusiyalı Aleksandr Pavlovdur. Ona türkiyəli Mehmet Demirdelen kömək edir.