Azərbaycanlılar Rusiyanı bir-birinə qatdılar

Azərbaycanlılar Rusiyanı bir-birinə qatdılar
11:26 26 Dekabr 2014
93 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyada adam oğurluğunda ittiham edilən azərbaycanlılar tutulub.

ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Azərbaycan vətəndaşı ata və oğlunu 3 həftə girov saxlayıb və onlardan Moskvadakı mənzillərini ona vermələrini tələb edib.

Ata və oğul dekabrın 20-də azad ediliblər.

Hüquq mühafizə orqanlarından verilən məlumata görə, dekabrın 6-da polisə qadın müraciət edib. O, qohumu olan oğlan və atası ilə əlaqə yarada bilmədiklərini deyib.

Əməliyyatçılar müəyyən ediblər ki, dekabrın 4-də özlərini kommunal xidmət əməkdaşı kimi təqdim edən naməlum şəxslər kişilərin yaşadığı mənzilə giriblər. Onlar atanı döyərək Tula vilayətinə aparıb, kirayə tutduqları evdə saxlayıblar. Növbəti gün isə azərbaycanlılar kişinin 29 yaşlı oğlunu da oğurlayıblar.

Dələduzlar moskvalı kişilərdən yaşadıqları evi onlardan birinin adına keçirmələrini tələb ediblər.

İnsan oğurluğu və dələduzluq faktı ilə bağlı cinayət işi açılıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316384

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR