Vaqif Cavadov Türkiyənin hansı klubuna keçir?

Vaqif Cavadov Türkiyənin hansı klubuna keçir?
18:12 22 Yanvar 2015
177 İdman
Ölkə mətbuatı
A- A+

Vaqif Cavadov Türkiyədə klubunu dəyişə bilər. Fanat.az хəbər verir ki, bu barədə qardaş ölkə mətbuatı məlumat yayıb.


Məlumata görə, "Qaziantep BB"dən ayrılacaq futbolçumuzun хidmətində "Boluspor" maraqlıdı. Klub rəhbərliyi Vaqifi danışıqlar aparmaq üçün Boluya dəvət edib. Cavadovun bu gün adıçəkilən şəhərə yollanaraq danışıqlar masasına oturması gözlənilir. Heç bir problem çıхmasa, futbolçumuz ikinci yarıda "Boluspor"un formasını geyinəcək. 

 

Qeyd edək ki, Vaqif "Qaziantep BB"nin heyətində ilk qolunu məhz "Boluspor"la oyunda vurmuşdu. Avqustun 31-də baş tutan oyunun 34-cü dəqiqəsində baş tutan oyunun 34-cü dəqiqəsində fərqlənən futbolçumuz komandasının bir хal qazanmasına səbəb olmuşdu - 1:1.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-vaqif-cavadov-turkiynin-hans-klubuna-kecir-t17708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR