Bilik Fondu Bakı Slavyan Universiteti və Azərbaycan Yaradıcılıq Fondu ilə saziş imzalayıb

18:12 22 Yanvar 2015
162 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 18:07 ]


Bakı-APA. Prezident yanında Bilik Fondu, Azərbaycan Yaradıcılıq Fondu və Bakı Slavyan Universiteti (BSU) arasında üçtərəfli saziş imzalanıb. Fonddan APA-ya verilən məlumata görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, BSU-nun rektoru Asif Hacıyev və Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmovun imzaladığı saziş yaradıcı insanların potensialının aşkarlanmasına imkan verəcək.

Sazişə görə, tərəflər müxtəlif bölgələrdə yaşayan yaradıcı insanların bilik və bacarıqlarının artırılması, gənclərin milli dövlətçilik ruhunda tərbiyə olunması istedadlı şəxslərə qayğı, diqqət göstərilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bu sazişin mədəni, eyni zamanda intellektual dəyərlərin inkişafına töhfə verəcəyinə əminliyini bildirib: “İstedadlı insanların yaradıcılıq imkanlarının yaradılması, fəaliyyətlərinin diqqət mərkəzinə çəkilməsi vacibdir. Bilik Fondu bu istiqamətdə Yaradıcılıq Fonduna dəstək verməyə hazırdır və biz imzaladığımız sazişlə etmək istədiklərimizin hüquqi əsasını da formalaşdırmış olduq”.

Yaradıcılıq Fondunun aparat rəhbəri Qismət Rüstəmov təməli Yaradıcılıq fakültəsi ilə qurulan təşkilatın bu gün əhatə dairəsini genişləndirərək Fond funksiyasını yerinə yetirməsini intellektual kəsimin böyük uğuru kimi dəyərləndirib. Q.Rüstəmov bildirib ki, Yaradıcılıq Fondu bütün sahələrdə yaratmağı bacaran insanların tapındığı məkan olacaq.

Bilik Fondundan əlavə ediblər ki, Yaradıcılıq fakültəsi ilk dəfə yazıçı, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullanın təşəbbüsü ilə yaradılıb və hazırda fəaliyyətini davam etdirir. 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370036

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR