Aerobika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi keçiriləcək

Aerobika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi keçiriləcək
18:13 22 Yanvar 2015
207 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Fevralın 7-də Milli Gimnastika Arenasında ölkənin idman tarixində ilk dəfə olaraq aerobika gimnastikası üzrə Bakı çempionatı və birinciliyi keçiriləcək.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, yarışlarda 2004-2006 və 2001-2003-cü il təvəllüdlü gimnastlar, həmçinin milli komandanın üzvləri – senior gimnastlar iştirak edəcəklər.

Gimnastlar fərdi, qarışıq cütlükdə və qrup hərəkətləri ilə çıxışlar nümayiş etdirəcəklər.

Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi altında inkişaf etdirilən gimnastikanın bir növü olan aerobika 1995-ci ildən mövcuddur. Azərbaycanda isə bu idman növü ötən ildən etibarən inkişaf etdirilməyə başlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2356130.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR