Somalinin paytaxtında Türkiyə nümayəndə heyətinə hücum nəticəsində 5 polis həlak olub

Somalinin paytaxtında Türkiyə nümayəndə heyətinə hücum nəticəsində 5 polis həlak olub
18:13 22 Yanvar 2015
172 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Somalinin paytaxtı Moqadişo şəhərində minalanmış avtomobilin partladılması nəticəsində 5 polis həlak olub, onlarla insan yaralanıb. Təhlükəsizlik xidmətinin rəsmi nümayəndələrinin məlumatına görə, partlayıcı prezident sarayının yanında işə salınıb.
AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hücum edənlərin hədəfi Türkiyənin nümayəndə heyəti olub.
Türkiyə vətəndaşlarından heç birinin xəsarət almadığını deyən Xarici İşlər Nazirliyinin rəsmisi hücumun hədəfinin nümayəndə heyətinin qaldığı mehmanxana olduğunu bildirib.
Somali hökumətinin terror aktı ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirdiyi barədə məlumat verilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR