Su nümunələrinin toplanması üçün pilotsuz uçuş aparatlarından istifadə ediləcək

Su nümunələrinin toplanması üçün pilotsuz uçuş aparatlarından istifadə ediləcək
18:16 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“PrecisionHawk” şirkəti tərəfdaşları ilə birlikdə ucqar yerlərdə yerləşən göllərdə su nümunələrinin toplanması üçün istifadə ediləcək kiçik pilotsuz hidrotəyyarə üzərində iş aparır.

Bildirilir ki, xüsusi nasosun köməyi ilə “PrecisionHawk” pilotsuz uçuş aparatı suyu tərkibində olan mikroorqanizm, həşərat və yosunlarla birlikdə xüsusi konteynerə sovurmaqla toplaya biləcək.
Suyun bu üsulla monitorinqi ekoloqlara və neft sənayesi nümayəndələrinə mümkün çirkləndirici maddə sızmalarını izləməyə kömək edə bilər. Gələcəkdə bu növ aparatların təkcə nümunələri toplamağa deyil, həm də onların ilkin analizini aparmağa imkan verəcəyi gözlənilir.

“PrecisionHawk” rəhbəri Ernest İron qeyd edib ki, Şimali Kanada və ya Alyaskada minlərlə kiçik göl var ki, onlardan da adi üsulla su nümunələri götürmək çətindir. O, həmçinin bildirib ki, mütəxəssislər qrupu kiçik spektrometrin quraşdırıldığı pilotsuz uçuş aparatının hazırlanması ilə məşğuldur.

Oxşar layihəni Kaliforniya Universitetinin professoru Yanq Kvan Çen həyata keçirir. Alim su səthi üzərində dayanmaqla su nümunələri götürən və onu laboratoriyaya çatdıran pilotsuz uçuş aparatının sınaqlarını aparır. Laboratoriyada suyun tərkibindən DNK çıxarılacaq.

Bu üsuldan bitki, heyvan və ya digər orqanizm xəstəliklərinin izlənməsi, eləcə də nəsli kəsilmək təhlükəsi altında olan növlərin aşkarlanması üçün istifadə olunur.

Professor K.Çen ümidvar olduğunu bildirib ki, o, qiyməti min dolları ötməyəcək pilotsuz uçuş aparatının xüsusi modelini yaratmağa nail olacaq. Bu qiymət “PrecisionHawk” aparatını ala bilməyən (suyun toplanması üçün avadanlıq nəzərə alınmadan onun qiyməti 16,5 min dollar təşkil edir) əksər tədqiqatçılar üçün münasib olacaq, - "NEWSru” yazır.


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34905-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR