“Neftçi”nin gənc üzvləri - Rahil Məmmədov və Mirkamiş Həşimli klubun rəsmi saytına açıqlama verib. Fanat.az açıqlamaları təqdim edir:
Rahil Məmmədov: “Burada özümü yeni futbolçu kimi hiss eləmirəm, elə bil ki, neçə ildi əsas komandadayam. Məşqlər çox yüksək səviyyədə gedir. Sağ olsunlar, mənə şans verirlər, yoxlama oyunlarında iştirak edirəm. Çalışıram gələcəkdə əsas komandanın üzvünə çevrilim”.
Mirkamiş Həşimli: “Hər şey yaxşıdı, komanda canla-başla məşqlərini eləyir. Çempionluq uğrunda mübarizəni davam etdirmək üçün hazırlaşırıq. Əsas hədəfimiz çempionatın və kubokun qalibi olmaqdı”.
Fanat.az