Kür çayında fenollar 4 dəfə yol verilən qatılıq həddini keçib

Kür çayında fenollar 4 dəfə yol verilən qatılıq həddini keçib
18:18 22 Yanvar 2015
219 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının ikinci ongünlüyü üçün keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4, Ağstafaçayda 3.7, Ağstafaçay su anbarında isə 3.2 dəfə yol verilən qatılıq həddini keçib.
Fenolların Araz çayı üzrə Horadizdə 3, Birinci Şahsevəndə 2.7, Bəhramtəpədə isə 3.1 dəfə qatılıq həddini keçdiyi müəyyən edilib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejiminin isə bütün məntəqələrdə 5.53-6.20 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişdiyi qeydə alınıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR