Azərbaycanda məktəblərin istilik təchizatı ilə bağlı mövcud vəziyyət açıqlanıb

18:22 22 Yanvar 2015
143 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 18:20 ]


Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda şəhər yerləri üzrə təhsil müəssisələrinin 78 faizi, kənd yerlərində isə 94,8 faizi fərdi istilik sisteminə malikdir.

 

Dövlət Statistika Komitəsindən APA-ya verilən xəbərə görə, fərdi istilik sisteminə malik təhsil müəssisələrinin qızdırılması üçün şəhər məktəblərinin 61 faizində qazdan, hər biri üzrə 11,3 faiz olmaqla maye və qaz yanacaqdan istifadə edilir. Kənd məktəblərinin 53,2 faizi bərk yanacaqdan, 29,6 faizi maye yanacaqdan, 14,9 faizi isə qazdan istifadə edilməklə qızdırılır. Eyni zamanda fərdi istilik sistemi vasitəsilə qızdırılan təhsil müəssisələrinin 7,6 faizində elektrik qızdırıcılarından istifadə edilir.

 

2014/2015-ci tədris ilinin əvvəlinə ölkədə fəaliyyət göstərən 61 orta ixtisas təhsil müəssisəsində 60 478 tələbə təhsil alıb, onların üçdə iki hissəsini qadınlar təşkil edib. Azərbaycanda bakalavr və magistrlərın hazırlanmasını həyata keçirən 39 dövlət və 14 qeyri-dövlət ali təhsil müəssisəsində təhsil alanların sayı 158 212 nəfər olub ki, onların da 48,5 faizini qadınlar təşkil edir.

 

2014-cü ildə ölkənin ali təhsil müəssisələrinə 35,8 min nəfər tələbə qəbul olunub və qəbul geniş profilli ixtisas siyahısına uyğun olaraq həyata keçirilib. Bakalavriata qəbul olunan tələbələrin ümumi sayında ödənişli əsaslarla təhsilə qəbul olunanların xüsusi çəkisi 63,8 faiz olub ki, onların da 80,9 faizi dövlət ali təhsil müəssisələrinin payına düşür. Hazırda dövlət ali təhsil müəssisələrinin əyani şöbələrində oxuyan tələbələrin 38,4 faizi təqaüd alır. Tələbələrin aldığı təqaüdün orta məbləği bakalavr səviyyəsi üzrə 71 manat 50 qəpik, magistratura səviyyəsi üzrə 77 manat, əlacılığa görə müvafiq olaraq 88 manat və 93 manat 50 qəpik olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR