General-mayor Həzi Aslanovun xatirəsi yad edilib - FOTO

General-mayor Həzi Aslanovun xatirəsi yad edilib - FOTO
18:22 22 Yanvar 2015
402 Sosial
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 18:16 ]


Bakı. Rəşad Süleymanov – APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Silahlı Qüvvələrinin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 105 və Böyük Vətən müharibəsində həlak olmasının 70 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Müdafiə Naziriliyinin, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti, müharibə veteranları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidlər xiyabanında qəhrəmanın anma mərasimi keçirilib.

 

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinin təbliğ olunması məqsədi ilə keçirilən tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhunun yüksəldilməsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.

 

Respublika Veteranlar Şurasının sədri, istefada olan general-mayor Dadaş Rzayev, Milli Məclisin deputatı, professor Xanhüseyn Kazımlı və kinoda Həzi Aslanovun rolunu canlandırmış Xalq Artisti Ramiz Novruzov çıxış edərək qəhrəmanın həyat və döyüş yolundan söhbət açıblar. Generalın nəvəsi, polis general-mayoru Həzi Aslanovun ailə üzvləri adından Azərbaycan prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR