“Oyunçu” filmi Nizami Kino Mərkəzində

“Oyunçu” filmi Nizami Kino Mərkəzində
18:23 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Yanvarın 22 -dən etibarən Nizami Kino Mərkəzində “Oyunçu”, “Fatihin fədaisi Qara Murat” və “Birdman: və ya cəhalətin gözlənilməz üstünlüyü” filmlərinin nümayişinə başlanıb.
Mərkəzin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki,
Türkiyə rejissoru Aytekin Birkonun çəkdiyi “Fatihin Fədaisi Qara Murat” filmi tarixi dram və ekşn janrındadır.
Filmdə rolları Fatih Usta, Bahadır Sarı, Nezih Işitan, Ömer Faruk Hakeri, Kaan Erkam, Cem Baza, Şükran Çağman, Şendoğan Öksüz, Nefise Karatay və Ceyda Tepeliler ifa edirlər.
Amerika istehsalı olan “Oyunçu” filmini Uilyam Monahen və Ceyms Tobekin ssenarisi əsasında rejissor Rupert Uayatt triller və kriminal dram janrında çəkib.
Rollarda Mark Uolberq, Con Qudman, Bri Larson, Maykl Kennet Uilyams, Cessika Lenq, Qriffin Klivlend, Omar Leyva, Entoni Kelli, Stiv Park və Emori Koen çəkiliblər.
ABŞ və Kanada istehsalı olan “Birdman: və ya cəhalətin gözlənilməz üstünlüyü” filminin ssenari müəllifi və rejissoru Alexandro Qonsales İnyarritudur. Kinolent dramatik komediya janrındadır.
Filmdə rolları Maykl Kiton, Zak Qalifianakis, Edvard Norton, Andrea Rayzboro, Emi Rayan, Emma Stoun, Naomi Uots, Kenni Çin, Camal Qarisson –Lou, Ceremi Şamos və başqa aktyorlar canlandırıblar.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Oyunchu_filmi_Nizami_Kino_Merkezinde-826802

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR