Naftalan şəhəri və Tovuz rayonundan qardaşlaşdığı Fransa şəhərlərinə başsağlığı

18:33 22 Yanvar 2015
223 Ölkə
Ölkə mətbuatı
A- A+


Paris, 22 yanvar, AzərTAc 
Fransanın “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilən silahlı hücum və Parisin Vənsən darvazasında törədilən terror aktı nəticəsində 17 günahsız insanın həlak olması ilə əlaqədar Azərbaycanın Naftalan şəhər və Tovuz rayon icra hakimiyyətlərinin başçıları Fransanın Leql və Konyak şəhərlərinin merlərinə başsağlığı veriblər.
Xatırladaq ki, Naftalan şəhəri və Tovuz rayonu Leql və Konyak şəhərləri ilə qardaşlaşıb.
Başsağlığında Naftalan şəhəri və Tovuz rayonu sakinlərinin fransız xalqı ilə həmrəy olduqları, insanlığa qarşı yönələn terrorizmin bütün təzahürləri ilə mübarizədə səyləri hər zaman dəstəkləyəcəkləri, terrorizmi qətiyyətlə pislədikləri bildirilib.
Qeyd olunub ki, vaxtilə Azərbaycan xalqı da terrorizmə məruz qalıb. Ermənilərin Azərbaycana qarşı dəfələrlə törətdikləri terror aktları nəticəsində yüzlərlə azərbaycanlı həlak olub. Ona görə də belə ağır günlərdə fransız xalqının keçirdiyi hisslər xalqımıza da yaxşı tanışdır.
Hər iki şəhərin meri cavab məktubunda Azərbaycan xalqına, xüsusilə Naftalanın və Tovuzun sakinlərinə Fransanın ən ağrılı günlərində həmrəylik nümayiş etdirdiklərinə və onların dərdinə şərik olduqlarına görə təşəkkürlərini bildirib.
Əsgər Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naftalan_seheri_ve_Tovuz_rayonundan_qardaslasdigi_Fransa_seherlerine_bassagligi-826805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR