Hava yağıntılı olacaq

Hava yağıntılı olacaq
18:36 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Yaxın iki gün ərzində Azərbaycanda temperatur rejimində ciddi dəyişiklik gözlənilməsə də, əsasən şimal və şərq rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Yaxın iki gün ərzində Bakıda buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Axşam.az-a verilən məlumata görə, yanvarın 23-də Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, arabir yağış yağacaq. Günün ikinci yarısında havanın dəyişkən buludu olacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3, gündüz 6-9 dərəcə isti təşkil edəcək.

Sabah respublikanın bəzi yerlərində havanın yağıntılı olma, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağma ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir, mülayim şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR