Londonda 21 ölkə İŞİD-lə mübarizə məsələlərini müzakirə edir

Londonda 21 ölkə İŞİD-lə mübarizə məsələlərini müzakirə edir
18:48 22 Yanvar 2015
201 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Londonda İŞİD terrorçu qruplaşması ilə bağlı təhlükəyə qarşı mübarizə məsələlərinə həsr olunmuş beynəlxalq müzakirələr keçirilir.
AzərTAc Euronews telekanalına istinadla xəbər verir ki, Böyük Britaniyanın paytaxtına əsasən Avropanı və Yaxın Şərqi təmsil edən 21 ölkənin nümayəndələri toplaşıb.
Britaniyanın xarici işlər naziri Filipp Hammond və onun amerikalı həmkarı Con Kerrinin sədrliyi ilə keçirilən görüşdə tərəflər əsas diqqəti İŞİD-in maliyyə dəstəyinin və təbliğatının qarşısının alınmasına yönəldiblər.
İŞİD-ə qarşı hərbi müdaxilə də görüşün gündəliyində duran məsələlərdəndir. Tərəflər nəinki İŞİD mövqelərinə endirilən zərbələrin, həmçinin ona qarşı döyüşən qruplaşmalara dəstək verilməsi istiqamətində səylərin gələcək koordinasiyasını da müzakirə edirlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR