Azərbaycan demokratiya, insan hüquqlarının qorunması sahəsində heç bir Qərb dövlətindən geri qalmır

18:58 22 Yanvar 2015
181 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Azərbaycan mətbuat azadlığı, şəffaflıq, demokratiya, insan hüquqlarının qorunması sahəsində heç bir Qərb dövlətindən geri qalmır. Heç bir dövlətdə bu sahədə vəziyyət bizdəkindən yaxşı deyil.
Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov QHT-lərə Dövlət Dəstəyi Şurasının 2014-cü ildəki fəaliyyəti ilə bağlı hesabat konfransında söyləyib.
Əli Həsənov deyib: “Əlbəttə, biz iddia etmirik ki, ən təkmil cəmiyyət Azərbaycan cəmiyyətidir. Bundan başqa, biz Azərbaycanda heç bir problemin olmadığını, Azərbaycan cəmiyyətinin bu və ya digər problemlərdən sığortalandığını da iddia etmirik. Dünyanın heç bir ölkəsi bunu iddia edə bilməz”.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, QHT-lər, dövlət strukturları, ölkədə fəaliyyət göstərən xarici qurumlar, mətbuat orqanları, xarici donorlar Azərbaycanın qanunlarına hörmətlə yanaşmalıdırlar. Qanun pisdirsə onu müzakirəyə çıxarmaq, dəyişmək olar. Amma bu, heç kimə əsas vermir ki, mövcud qanunu icra etməsin.
Əli Həsənov bildirib ki, inkişaf etmiş cəmiyyət quruculuğunu qarşısına məqsəd qoyan Azərbaycan hakimiyyəti bu məqsədə çatmaq üçün bütün vəzifələri uğurla icra edir.
Şöbə müdiri Azərbaycanda qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün hər cür şərait yaradıldığını, xaricdəki bəzi maraqlı dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq, Azərbaycanın QHT sektorunun dünyada ən nümunəvi sektorlardan biri olduğunu diqqətə çatdırıb. Əli Həsənov vurğulayıb ki, ölkəmizdə siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə heç bir fərq qoyulmadan bütün QHT-lərə müraciət etdikləri sahə üzrə qrant verilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_demokratiya_insan_huquqlarinin_qorunmasi_sahesinde_hech_bir_Qerb_dovletinden_geri_qalmir-826817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR