Dünya üçün bəd proqnoz

Dünya üçün bəd proqnoz
19:01 22 Yanvar 2015
151 Digər
Ölkə mətbuatı
A- A+

Britaniya-Honkonq bank qrupu HSBC-in Direktorlar Şurasının sədri Douglas Flint Davos İqtisadi Forumunda maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, o, deyib ki, ötən ildə bankların stress-test sınaqlarında neftin qiymətinin 50 dollaracan düşəcəyi nəzərdə tutulmurdu. İqtisadiyyatda elə şeylər olacaq ki, biz indi bunları görmürük.

Onun sözlərinə görə, görünməmiş vəziyyətlərdən çıxmağın yolu bankların kifayət qədər kapital ehtiyatıdır.

İsveçrənin dağ kurort şəhəri olan Davosda açılan Dünya İqtisadi Forumunda dünyanın 2500 siyasi və biznes lideri, ictimai xadimlər, iqtisadi, siyasi ekspertlər iştirak edirlər.

Dörd gün davam edəcək Foruma Azərbaycan prezidenti İlham Əliyev, Ukrayna prezidenti Pyotr Proşenko, Fransa prezidenti Fransua Oland, ABŞ dövlət katibi Con Kerri, Almaniya kansleri Angela Merkel və digər ölkələrin liderləri qatılıblar.

Fransanın "Total" şirkətinin rəhbəri Patrik Pouyanne deyib ki, neftin indiki istehsal səviyyəsini saxlamaq üçün nəhəng investisiyalar lazımdır: "2030-cu ilə kimi neft istehsalının yarısı yoxa çıxacaq. Bu isə sutkada 50 milyon barrel deməkdir. Biz neft istehsalına böyük sərmayə qoymalıyıq. Dünyaya daha çox enerji lazımdır. Yaxın 20 ildə hər il enerji istehsalı 1 faiz artmalıdır."

Onun ehtimalına görə, atom enerjisi də inkişaf edəcək. Ancaq yaxın 20 ildə neft və qaz həlledici rol oynayacaq.

Davosda iqlim probleminə də toxunulub. ABŞ-ın keçmiş vitse-prezidenti Albert Qor və müğənni Pharrel Williams elan ediblər ki, bu il iyunun 18-də yeddi qitədə Canlı Yer Musiqisi tədbiri keçiriləcək. Tədbirin məqsədi iqlim dəyişikliyinə diqqəti cəlb etməkdir.

Ukrayna prezidenti Pyotr Poroşenko Davosda deyib ki, Ukraynada hazırda 9 min Rusiya hərbçisi və 500-dən çox Rusiya tankı və artilleriya qurğusu, zirehli texnikası var.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR