Məşhur döyüş gedən yerdə azərbaycanlı şairə heykəl - FOTO

Məşhur döyüş gedən yerdə azərbaycanlı şairə heykəl - FOTO
19:05 22 Yanvar 2015
222 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi tərəfindən Belçikanın Vaterloo şəhərində təşkil olunmuş Azərbaycanın gənc rəssamlarının sayca üçüncü sərgisinin açılış mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, sərgidə 23 rəssam və bir heykəltəraşın 105 işi nümayiş olunur. Sərgi 21 fevral 2015-ci il tarixinədək nümayiş etdiriləcək.

Sərginin açılış mərasimində çıxış edən səfir Fuad İsgəndərov Azərbaycanın dünyada qədim tarixə və mədəniyyətə malik olan bir ölkə kimi tanındığını vurğulayaraq, rəssamlıq sənətinə ölkəmizdə daim yüksək qiymət verildiyini və bu gun bu irsin gənc rəssamlar tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb. Səfir bu kimi sərgilərin gənc azərbaycanlı istedadların üzə çıxması ilə yanaşı, Azərbaycana məxsus rəssamlıq dəstxətinin dünyada tanıdılmasına mühüm tövhə verdiyini qeyd edib.

Açılış mərasimində çıxış edən Vaterloo şəhər burqamistri Serge Kubla azərbaycanlı gənc rəssamların sərgisinə ev sahibliyi etməkdən məmnun olduqlarını diqqətə çatdıraraq, Azərbaycan səfirliyinin təşəbbüsü ilə yaxın zamanlarda Vaterloo şəhər parkında Şərq dünyasının ədib və şairəsi, eyni zamanda, rəssam olmuş Xurşidbanu Natəvanın 2,4 metr hündürlüyündə bürüncdən heykəlinin qoyulacağını da rəsmən elan edib.

Açılış mərasimində Belçika ictimaiyyətinin nümayəndələri, Belçikada akkreditə olunmuş diplomatik korpusun üzvləri, Avropa İttifaqının müxtəlif qurumlarının əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Milli.Az












RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR