Türkiyə KİV-ləri Azərbaycan səfirinin 20 Yanvar faciəsi barədə məqaləsini və müsahibəsini yayıb

19:13 22 Yanvar 2015
195 Ölkə
Ölkə mətbuatı
A- A+


İstanbul, 22  yanvar, AzərTAc
Türkiyə kütləvi informasiya vasitələri Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırovun 20 Yanvar faciəsindən bəhs edən məqaləsini və müsahibəsini yayıb.
20 Yanvar faciəsinin törədilməsinin səbəb və nəticələrindən bəhs edən səfir diqqətə çatdırır ki, keçmiş sovet imperiyasının süqutu illərində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları xalqımızı hədsiz hiddətləndirib. Lakin M.Qorbaçov başda olmaqla sovet hökumətinin rəhbərliyi Azərbaycan xalqının haqlı tələblərinə məhəl qoymayıb. Xalqımıza qarşı davamlı olaraq həyata keçirilən qərəzli siyasət 20 Yanvar faciəsi ilə nəticələnib.
Səfir yazır ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan üçün qanlı faciə olmaqla yanaşı, həm də xalqımızın tarixində şərəf səhifəsidir. Erməni təcavüzündən qorunmaq və azadlıq əldə etmək uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqı həmin gecə totalitar sovet rejimi tərəfindən amansız qətliama məruz qalıb. 20 Yanvar hadisələri ərəfəsində sovet rəhbərliyinin qərarı ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməniləri dəstəkləyən xüsusi idarəetmənin tətbiq edildiyi qeyd olunub.
Yazılarla aşağıdakı linklərdən tanış olmaq mümkündür:
https://www.haberturk.com/dunya/haber/1032656-20-ocak-katliaminin-canli-sahidiyim
http://www.yenicaggazetesi.com.tr/konuk-kalem-faig-bagirov-108621h.htm
http://www.aksam.com.tr/dunya/25-yilinda-kanli-20-ocak-katliami-c2/haber-374498
 
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_KIV_leri_Azerbaycan_sefirinin_20_Yanvar_faciesi_barede_meqalesini_ve_musahibesini_yayib-826828

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR