[ 26 Dekabr 2014 11:29 ]
Bakı – APA. Ukraynada yeni yaradılan Antikorrupsiya Bürosuna ABŞ-ın keçmiş baş prokuror köməkçisi, federal prokuror Boqdan Vitvitski rəhbərlik edə bilər.
APA-nın “liga.net” saytına istinadən verdiyi məlumata görə, Ukrayna prezident administrasiyasının əməkdaşları hazırda Ukrayna əsilli B. Vitvistki ilə danışıqlar aparırlar. Lakin B. Vitvitski hələlik təklifə razılıq verməyib, çünki o, vəzifəsində tam müstəqil olacağına dair təminat istəyir.
Antikorrupsiya Bürosuna rəhbərlik üçün Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin də adı hallanır.