“ADA” Universitetində magistratura proqramlarına sənəd qəbulu davam edir

19:23 22 Yanvar 2015
336 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
“ADA” Universitetində 2015-2016-cı tədris ili üçün ictimai siyasət, diplomatiya və beynəlxalq münasibətlər ixtisasları üzrə magistratura proqramlarına sənəd qəbulu davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildiriblər ki, ictimai siyasət (MPP) və diplomatiya və beynəlxalq münasibətlər (MADIA) proqramları çərçivəsində tələbələr xaricdə mübadilə proqramı və müxtəlif səfərlərdən faydalana bilirlər. Böyük Britaniyanın Aberstvit, Qlazqo və Ridinq universitetləri, ABŞ-ın Miçiqan və Şimali Dakota universitetləri, o cümlədən Fransa, İtaliya, Çin, Yaponiya, Litva, Argentinanın bir sıra nüfuzlu ali məktəbləri ilə “ADA” Universitetinin əməkdaşlıq və mübadilə proqramları vardır.
Yerli və xarici professorlar tərəfindən keçirilən dərslərlə yanaşı, tələbələrin il ərzində Avropa İttifaqının sabiq prezidenti Xose Manuel Barroso, BMT-nin İnkişaf Proqramının administratoru, 2014-cü ilin 100 ən nüfuzlu qadınlarından biri hesab olunan xanım Helen Klark, Böyük Britaniyanın Avropa üzrə naziri David Lidinqton kimi məşhur siyasi xadimlər və elm adamlarının mühazirələrində iştirak etmək, onları maraqlandıran suallara cavab tapmaq imkanları olacaq.
Tələbələr proqramların sonunda diplom işinin əvəzi olaraq xarici ölkələrin birində araşdırma məqsədilə on günlük səfərlərdə iştirak edirlər. “Capstone” adlanan bu layihə çərçivəsində “ADA” tələbələri dörd Afrika ölkəsi, Vyetnam, Monqolustan və Yaponiyaya səfərlər ediblər.
Qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə aşağıdakı sənədlər tələb olunur:
ADA Universitetinin elektron ərizə forması
CV və fotoşəkil
İngilis dilinə tərcümə olunmuş diplom və qiymət cədvəli
Şəxsiyyət vəsiqəsi
TOEFL (83) və yaxud IELTS (6.5) imtahanlarının nəticəsi
TQDK-nın magistraturaya qəbul imtahanlarının birinci mərhələsinin
nəticəsi
İkinci mərhələdə “ADA Universitetinin” Qəbul Komissiyası tərəfindən müsahibə keçiriləcək.
Sənəd qəbulu aprelin 1-də başa çatacaq.
ADA Universitetində təhsil ingilis dilindədir və magistratura proqramlarına sənəd təqdim etmək üçün bakalavr ixtisasına məhdudiyyət yoxdur. Hərbi xidmət müddətində tələbələrə məzuniyyət verilir.
Qəbul şərtləri ilə maraqlananlar (+99412) 4373235 (daxili 339) telefon nömrəsi və ya admissions@ada.edu.az elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərlər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR