Azərbaycan samboçuları dünya kubokunun mərhələ yarışında mübarizə aparırlar

Azərbaycan samboçuları dünya kubokunun mərhələ yarışında mübarizə aparırlar
19:28 22 Yanvar 2015
271 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Yanvarın 22-də Almatı şəhərində Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin mükafatı uğrunda sambo üzrə dünya kubokunun mərhələ yarışı başlayıb.
Azərbaycan Sambo Federasiyasından AzərTAc-a bildiriblər ki, yanvarın 26-dək davam edəcək yarışda milli komandamız da mübarizə aparır.
Baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında Ağasif Səmədov (52 kq), Röyal Dünyamalıyev (57 kq), Cavidan Qarayev (62 kq), Emin Qulamov (68 kq), Samir Kərimov (74 kq), Kənan Qasımov (90 kq), Nəzakət Xəlilova (52 kq), Fəridə Qurbanova (64 kq) və Nərminə Əlizadə (68 kq) birincilik uğrunda yarışırlar.
Görüşlərin idarə olunmasında ölkəmizi Cabir İsmayılov təmsil edir.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR