Xalq artisti: "İndi yaxşı, şəxsiyyətli müğənnilər azdır"

Xalq artisti: "İndi yaxşı, şəxsiyyətli müğənnilər azdır"
19:32 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"İndiki dövrdə şəxsiyyətini qoruyub saxlamaq çətin məsələdir. Şəxsiyyətimi qoruduğuma görə hər verilişə çıxmıram”.

Milli.Az xəbər verir ki, bu sözləri lent.az-a açıqlamasında xalq artisti Yalçın Rzazədə deyib.

O bildirib ki, indi efirlərdə yayımlanan bir çox verilişlər onun mənəviyyatına uyğun deyil:

“İndi elə verilişlər var ki, soruşurlar kim ərə gedib? Kim boşanıb? Mən bu yaşımda həmin verilişlərə niyə çıxım ki? Bu günə qədər öz yerimi qoruyub saxlamışam. İstəmirəm ki, tamaşaçılar məni o tip proqramlarda görsün. Mənə yaraşmaz. Belə bir deyim var ki, dahi olmaq asan, o adı qoruyub saxlamaq isə çətindir. İndi yaxşı, şəxsiyyətli müğənnilər azdır. Efirlərə baxıram, qəribə-qəribə oğlanlar, qızlar oturublar özlərində razı-razı danışırlar. Biri deyir ki, “məndən yoxdur”, digəri də deyir ki, “Sözümü demişəm, neçə oktava səsim var”. Amma mən neçə ildir sənətdəyəm, elə danışmamışam. Danışmaram da”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR