Dünyanın ən qəribə ər-arvadı - FOTO

Dünyanın ən qəribə ər-arvadı - FOTO
19:42 22 Yanvar 2015
648 Maraqlı
Ölkə mətbuatı
A- A+

Onları dünyanın ən qəribə ər-arvadı adlandırırlar və cütlük bu deyimlə qismən razıdır.
Çünki ABŞ-ın Las-Veqas şəhərində yaşayan Bak Mişel Millerlər bodibilderlərdir. Onlar vücudlarını "norma"da saxlamaq üçün ildə 80 min dollar xərcləyirlər.
 
Milli.Az ABC-yə istinadən bildirir ki, Bak və Mişel zülallı qidaya üstünlük verdiklərini, tərkibində karbohidratlar olan təamları əsla yemədiklərini söyləyirlər.
 
Hər gün məşq edən ərlə arvadın evlərinin bütün divarlarında güzgülər var. Onlar sürəkli olaraq vücudlarını seyr edir, "nöqsan"ları görəndə aradan qaldırmağa çalışırlar.
 
27 yaşlı həvəskar bodibilder Bak deyir: "Biz dünyanın ən qəribə yox, Amerikanın ən gözəl, ən yaxşı ərlə arvadıyıq. Dünyada ən yaxşı ailə adı uğrunda müsabiqə keçirilsəydi, dərhal qatılardıq. Hər gün güzgüyə baxıram və vücudumun fotolarının çəkilməsini də xoşlayıram".
33 yaşlı Mişel də yaşamından razıdır.
 
Əvvəlki nikahdan oğlu olan Mişel əvvəllər Kanadanın Vankuver şəhərində yaşayırdı. O, Las-Veqasa yollananda Bakla tanış olub və ona vurulub.
"Yeməyimizə həmişə zülallar, qlütamin, balıq yağı, amin turşuları və polivitaminlər qatırıq. Plastik cərrahiyyə əməliyyatlarına məruz qalmışam. Sinəmdə implantatlar var, çünki ağırlıq qaldırmağım nəticəsində sinəmin ölçüləri kiçilmişdi, - Mişel deyir.
 
Milli.Az
 


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320303.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR