Putin Avropanı qorxuya saldı

Putin Avropanı qorxuya saldı
19:46 22 Yanvar 2015
313 Dünya
Ölkə mətbuatı
A- A+

Hərbi aviasiya sahəsində ABŞ-ın Rusiya qarşısında heç bir şansı yoxdur.

ANS PRESS-in məlumatına görə, belə bir iddia ilə finlandiyalı hərbi ekspert, professor Stefan Forss çıxış edib.

Onun sözlərinə görə, Baltik ölkələrində Hərbi Hava Qüvvələrinin bazalarının bölgənin müdafiəsi baxımından çox ifadə etmir: "Burada olan hərbi təyyarələr döyüşdə ciddi çətinliklərlə qarşılaşa bilər. Ayrıca NATO tərəfindən Estoniyada planlaşdırılan hərbi manevrlər həmrəylik nümayişindən başqa bir şey deyil".

Forss bu manevrlər nəticəsində gözəl şəkillərin çəkildiyini, lakin gerçək həyatda cəbhənin "karton ev" kimi bir anda yıxılacağını deyib. Forss Rusiyanın Sankt Peterburq və Kalininqradda olan hava hücumundan müdafiə sistemlərinin çox güclü olduğunu və Baltik torpaqlarında hər cür hava əməliyyatlarını imkansız edə bilmək imkanında olduğunu söyləyib.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR