Azərbaycan sərhədçilərindən uğurlu əməliyyat (FOTO)

Azərbaycan sərhədçilərindən uğurlu əməliyyat (FOTO)
11:36 26 Dekabr 2014
106 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan sərhədçiləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ölkəyə külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb.

ANS PRESS-in xəbərinə görə, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən APA-ya məlumat verilib.

Məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayonunun Bəhramtəpə qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsindən İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. Nəticədə 7 kq 800 qram qurudulmuş marixuana dövriyyədən çıxarılıb.

Hazırda fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=316404

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR