İstanbulda tutulan erməni

İstanbulda tutulan erməni
20:01 22 Yanvar 2015
220 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda yaşayan erməni fotoqraf Aspet Manukyan pilotsuz uçan aparatın köməyi ilə Atatürk adına hava limanını çəkib və videonu "Youtube"a yerləşdirib.

ANS PRESS-in məlumatına görə, erməninin bu qanuna zidd hərəkəti hava limanının təhlükəsizlik orqanlarının əməkdaşlarının hərkətə keçirib.

Təhlükəsizlik orqanlarının əməkdaşları həmin ermənini tutublar. Manukyan internetdə yaydığı 12 dəqiqəlik videonu silib. Daha sonra hamıdan üzr istəyib.

Lakin onun işi bununla bitməyib, sərbəst buraxılmayıb. Atatürk hava limanının rəhbərliyi onun barəsində iddia irəli sürüb.

Hava limanının rəhbərliyi açıqlama verib ki, bu erməninin aeroportu kameraya çəkməsi və internetdə yaymasından terrorçular istifadə edə bilər. Bundan başqa pilotsuz aparat təyyarə uçuşları və enmələrində problemlər yarada bilərdi.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321258

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR