İradə İbrahimova: "Ailə qurandan sonra hər şey dəyişir"

İradə İbrahimova: "Ailə qurandan sonra hər şey dəyişir"
20:05 22 Yanvar 2015
209 Şou
Ölkə mətbuatı
A- A+

“Subay vaxtı münasibət daha şirin, dadlı olur. Axı nəsə əlçatmaz olanda insana daha maraqlıdır. Ailə qurandan sonra hər şey dəyişir”.

Milli.Az xəbər verir ki, bu sözləri “Yeni sədalar” verilişində qonaq olan müğənni İradə İbrahimova deyib. Axşam.az-ın məlumatına görə, o, həyat yoldaşı ilə münasibətlərindən bəhs edib:

“Ailə qurduqdan sonra kişinin qapı açmaları, stulu çəkib oturmağına kömək etmələri olmur. Çalışmır ki, İradəni əlimin üstündə gəzdirim. Bunlar normaldır. Subay vaxtı əl-ələ tutanda bizə təəccüblü gəlirdi. Ailə qurduqdan sonra eşq bitir, yerini sevgi və hörmət alır. Bir-birinin dərdindən ölsən də, hörmət olmayanda birlikdə yaşamaq mümkün deyil. Bizim də aramızda böyük sevgi və hörmət var”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/320456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR