Əbu-Dabidə alternativ enerji mənbələrinin inkişaf perspektivləri müzakirə olunub

20:23 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) Assambleyasının 5-ci iclası keçirilib.
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən AzərTAc-a bildirilib ki, 150-dən çox dövlətin nazir və səlahiyyətli şəxslərinin iştirak etdiyi iclasda ölkəmizi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
İclasda nazirlər səviyyəsində təşkil olunan “dəyirmi masa”da bərpa olunan enerji və enerji təhlükəsizliyi, enerji sektorunun transformasiyası, enerji sektorunda bərpa olunan enerjinin payının artırılması, müasir texnologiyaların inkişafı və digər mövzularda müzakirələr aparılıb.
Ölkəmizin də üzv olduğu bu Beynəlxalq Agentlik 2009-cu ildə Bonn şəhərində yaradılıb və alternativ, bərpa olunan enerji sahəsi üzrə dünyada ən mötəbər beynəlxalq təşkilatlardan biri hesab edilir.
Hazırda özündə 130-dan artıq dövləti birləşdirən Assambleya İRENA-nın ən yüksək qərarverici səlahiyyətinə malikdir. Assambleya üzv dövlətlərin vəzifəli şəxslərinin iştirakı ilə hər il öz iclasını keçirir ki, bu zaman İRENA-nın fəaliyyəti ilə bağlı olan iş proqramları, büdcə, hesabatlar, üzvlük haqqında müzakirələr aparılır və müvafiq qərarlar qəbul edilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Abu_Dabide_alternativ_enerji_menbelerinin_inkisaf_perspektivleri_muzakire_olunub-826849

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR