Bakıda yol polisinə xəsarət yetirən sürücü tutuldu

Bakıda yol polisinə xəsarət yetirən sürücü tutuldu
11:43 26 Dekabr 2014
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dejabr /Trend, müxbir İlkin İzzət/

Bakıda sərxoş vəziyyətdə yol polisinə xəsarət yetirən sürücü saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 17-də saat 22:00 radələrində, Cavadxan küçəsində Nəsimi RPİ-nin DYPŞ-nin YPX-nin inspektorunun qanunu tələbinə tabe olmadan, sərxoş vəziyyətdə polis əməkdaşına qarşı kobudluq edərək xəsarət yetirib naməlum istiqamətə gedən “Ford Transit” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Rəşad İmran oğlu Səfərəliyev müəyyən olunaraq tutulub.

Onun barəsində CM-nin 315-ci maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR