Oğuzda minik maşını "KamAZ"a çırpıldı, 4 gənc ağır yaralandı

Oğuzda minik maşını "KamAZ"a çırpıldı, 4 gənc ağır yaralandı
20:39 22 Yanvar 2015
248 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğuzda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ağır xəsarət alıb. Rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, Oğuz şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Dilqəm oğlu Ellazov idarə etdiyi “Peugeot 305” markalı, 10 BO 697 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşını yolun kənarında dayanan, Oğuz şəhər sakini Nasir Əlibala oğlu Nasirova məxsus ağır tonnajlı “KamAZ” markalı, 90 JA 396 dövlət nömrə nişanlı yük maşınına çırpıb. Nəticədə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan sürücü Kamran Ellazov, onun sərnişinləri, rayon sakinləri -  1993-cü il təvəllüdlü Samir Əlisəfa oğlu Seyidov və 1993-cü il təvəllüdlüi Röyal İlqar oğlu Seyidov Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.  Avtomobildə olan digər sərnişin, 1991-ci il təvəllüdlü Fərid Noyabr oğlu Şirəliyev isə Oğuz MRX-a yerləşdirilib. Fərid Şirəliyevin vəziyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR