Köhnə-yeni prezident

Köhnə-yeni prezident
20:43 22 Yanvar 2015
189 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Məftun Salmanov/

Evo Morales növbəti beş ildə də Boliviyaya rəhbərlik edəcək.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, yerli hindu aymar xalqının nümayəndəsi olan E.Morales parlamentdə and içib.

Onun başçılıq etdiyi "Sosializmə doğru hərəkat" partiyası 2014-cü ilin oktyabrında ümumi seçkilərdə səslərin 61 faizini qazanmışdı.

Qeyd edək ki, E.Morales ardıcıl üçündü dəfədir prezident seçilir. Halbuki formal olaraq konstitusiya bunu qadağan edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2356180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR